4 Mart 2024 10:28
"TikTok"da Nigar Camalın adından dələduzluq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Nigar Camar öz instaqram səhifəsində paylaşım edib.
Onun adına "TikTok"da saxta profil açılıb və onun fanatları ilə danışılıb.
Nigar saxta hesab açanın Məmmədov Elşad adlı şəxs olduğunu bildirib:
"TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə onlardan pul istəyib. Şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın".
Müğənni məsələ ilə bağlı polisə şikayət edib.