22 Mart 2024 00:14
Qədim Dərbənd şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə çıxış edən Şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyev Novruz bayramı münasibətilə dərbəndlilərə təbriklərini çatdırıb, bunun ən parlaq, ən gözəl bayram olduğunu bildirib.
Bayram tədbirinin fəxri qonaqları arasında yer alan Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov iştirakçıları təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Sonra Azərbaycan Dövlət Dram Teatrının artistləri Sevda Beybalayeva, Şüküfə Məlikova, Tamilla Mihrabova, Aygün Nəcəfova, Mirzə Cum Cum, Sərxan Səmədov parlaq və zəngin konsert proqramı ilə çıxış ediblər.
Teatrın truppası əsas xüsusiyyəti tamaşaçıların da iştirak etməsi olan “Keçəl və Kosa” məzəli tamaşanı təqdim edib.