METBUAT.AZ

Sosial

Ölkədə çox ciddi ət çatışmamazlığı hiss olunur -

15 Mart 2024 09:53

"Ölkədə çox ciddi ət çatışmamazlığı hiss olunur. Bu ilin yanvar-fevral aylarında idxal ətinin fiziki həcmi 2 dəfə artıb. Ötən ilin yanvar ayı ilə müqayisədə də bu il 2 dəfə çoxdur. Keçən il 220 min ton bu il amma 450 min ton idxal etmişik. Fevral ayında da göstərici eynidir. Mart ayında isə bu bir qədərdə artacaq. Ölkə daxilində çox ciddi ət çatışmamazlığı hiss olunduğuna görə, bu həm qiymətin bahalaşmasına gətirib çıxara bilər. Həm də ölkənin bu seqment üzrə ixracdan aslılığıda get-gedə arta bilər"

Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, bu işə bir qədər nikbin yanaşmağa əsas da var.

"İşğaldan azad olunmuş ərazilər heyvandarlıq üçün çox münbit şəraitdir. Zaman-zaman həmin ərazidə Azərbaycan vətəndaşları heyvandarlığla məşğul olublar. İndi həmin ərazilərdə minalanmış sahələr təmizlənərək orada heyvandarlığın inkişafı fürsət olacaq. Bununlada biz ət çatışmamazlığını müəyyən qədər azalda bilərik. Amma bu təkcə çıxş yolu deyil, ölkənin başqa ərazilərində də heyvandarlığla məşğul olanlar stimullaşdırılmalıdır ki, ölkə daxilində ət istehsalı genişləndirilsin. Digər tərəfdən heyvandarlığla məşğul olmaq istəyən fermmerlərin qarşısında duran maneələr aradan qaldırılmalıdır. Heyvandarlıq seqmenti daha yaxşı şəkildə subsidiyalaşdırılmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.