20 Mart 2024 19:46
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 273,9 min ton yük daşınıb, 4 min nəfər sərnişin daşınıb.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,9 % və 42,9 % çoxdur.
Yüklərin 50,5 %-ni neft və neft məhsulları təşkil edib.
Hesabat dövründə dəniz limanları 2 milyon 72,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib. Yüklərin 1 milyon 658,9 min tonunu və yaxud 80 %-i tranzit yüklər təşkil edib.
Martın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub.