METBUAT.AZ

İqtisadiyyat

Ölkədə minik avtomobili

15 Mart 2024 17:44

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9%, yük avtomobili istehsalı isə 33% artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.


metbuat.az.