METBUAT.AZ

İdman

Oyundan sonra Ardaya zəng edən Ançelotti ona böyük müjdə verdi

28 Mart 2024 13:59

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Türkiyənin Avstriya ilə matçından sonra Arda Gülerə zəng edib.

Metbuat.az xəbər verir ki, Ançelotti Ardaya onun oyundakı performansını bəyəndiyini deyib. İspaniya mətbuatında yer alan xəbərə görə, Ardanın Avstriya matçında vurduğu akrobatik zərbə Ançelottinin diqqətini çəkib. Epizod qolla yekunlaşmasa da, Ardanın topa belə cəsarətli formada zərbə vurması Ançelottini məmnun edib. Ardaya zəng vuran Ançelotti matçdan sonra onunla danışaraq, bu cür kreativ hərəkətləri bəyəndiyini bildirib və ona daha çox vaxt verəcəyi müjdəsini verib.

Qeyd edək ki, Türkiyənin Macarıstanla matçının ikinci yarısında meydana çıxan Arda Güler Avstriya ilə qarşılaşmada 77 dəqiqə meydanda qalıb.


metbuat.az.