19 Mart 2024 08:42
Pakistanda güclü zəlzələ baş verib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ ölkənin qərbində - Nuşki şəhərindən 68 km şimal-qərbdə olub. Təkanlar 5,4 bal gücündə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.