21 Mart 2024 09:49
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər edib.
Metbuat.az Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən bildirir ki, səfərin məqsədi Paşinyanın martın 21-də keçiriləcək birinci Nüvə Enerjisi Sammitində iştirakı ilə bağlıdır. Qeyd olunub ki, Ermənistan baş naziri səfər çərçivəsində bir sıra xarici tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcək.