METBUAT.AZ

Ölkə

Paytaxtda avtoparklarla bağlı yeni sistem

11 Mart 2024 11:05

Bakıda kifayət qədər avtoparklar olsa da, onlar arasında əlaqəlilik zəifdir.

Metbuat.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, avtoparklar arasında əlaqələrin tənzimlənməsi üçün yeni sistem tətbiq ediləcək.

“Avtoparklar arasında əlaqəlilik tərəfimizdən təmin ediləcək”.

A.Rzayev əlavə edib ki, 14 mindən çox taksi sürücüsü AYNA-nın təlimlərinə cəlb edilib və bu proses davam edəcək.


metbuat.az.