29 Mart 2024 14:03
“Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili qeyd edib ki, əksinə pensiya yaşının yüksəldilməsi müzakirə edilir: “Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrü uzanır”.
M.Quliyev vurğulayıb ki, biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq: “5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”.