METBUAT.AZ

Sosial

Piyadalar üçün nəzərdə tutulmuş cərimələr artırıla bilər -

12 Mart 2024 09:44

"Piyadalarla bağlı əvvəllər həyata keçirilən nəzarət profilaktik təbdirlər sonradan səngidi. Elə bunun nəticəsidir ki, onlar yol hərəkəti qaydalarını daha çox və kütləvi şəkildə pozmağa başladılar. Tez-tez piyadaların iştirakı ilə baş verən qəzaların şahidi oluruq. O baxımdan, nəzarət, profilaktik tədbirlər yenidən gücləndirilməlidir. Ciddi şəkildə nəzarət tədbirləri görülməlidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, hətta cərimə sanksiyalarının artırılmasına da ehtiyac var.

"Çünki, bəzi piyadalar 20 manatlıq cəriməni görməzdən gəlirlər, heç sayırlar. Elə bir davranış nümayiş etdirirlər ki, hiss edirsən ki, bu onlara heç bir təsir göstərmir. Ona görədə profİlAktik təbdirlərlə yanaşı, cəza mexanizmidə mütləq sərtləşdirilməlidir. Bu kimi hallar effekt verə bilər. İnsanlar şüurlu şəkildə başa düşməlidilər ki, svetoforun qırmızı işiğı yanırsa, hərəkət etmək olmaz. Bu işıq hərəkəti qadağan edir. Bunu anlamalıdırlar. Məsuliyyətsizlik hədsiz dərəcədə artıb. İnsanlar doğurdanda öz həyatlarına layeyd yanaşırlar".

Ekspert qeyd edib ki, piyadalar arasında maarifləndirmə işləri kifayət qədər aparılıb.

"Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, dəyişiklik yoxdur. Deməli, sözlə nəyəsə nail ola bilmədik. Ona görə əməldə bunu tətbiq etmək lazımdır. Bu məsələ ilə bağlı bir çox müzakirələr gedir. Milli məclisdə də bu məsələyə dair müzakirə olub. Ümumi fikir ondan ibarətdir ki, cərimə sanksiyaları artırılmalıdır. Mütəmadi olaraq mexanizimlər işlək vəziyyətdə tətbiq edilməlidir. Bu gün deməzdim ki, tam ciddi nəzarət var. Ona görədə piyadalar bundan istifadə edirlər. Bu səbəbdən də son zamanlar qəzalar artıb və ölüm halları qeydə alınıb".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.