METBUAT.AZ

İdman

PSJ "Real"dan Mbappenin qisasını alır -

11 Mart 2024 09:45

PSJ “Real Madrid”dən Kilian Mbappenin qisasını almağa çalışır.

Metbuat.az xəbər verir ki, PSJ Vinisius Junioru transfer etmək üçün səy göstərir. “Fichajes”in məlumatına görə, PSJ “Real”ın hücumçusunu transfer etmək üçün fantastik məbləğ ödəməyə hazırdır. Bildirilir ki, “Real” futbolçunu buraxmaq istəməsə də, PSJ-nin böyük təklifi Florentino Peresin transferə razılıq verməsinə səbəb ola bilər.

Qeyd edək ki, Kilian Mbappe mövsümünün sonunda PSJ-dən ayrılacağı barədə klubun prezidenti Nasser Əl-Xelayfiyə məlumat verib. Futbolçunun “Real”a keçəcəyi bildirilir.


metbuat.az.