13 Mart 2024 09:59
Astrologiyaya görə, bəzi bürclər pul qazanmaqda çox şanslı olurlar. Sözgedən bürclər həyatlarında qısa müddətdə olsa zənginliyi dadırlar.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, maliyyə məsələlərində uğurlu olan bürclər Oğlaq, Balıqlar və Şir bürcləridir.
Oğlaq bürclərinin ən yaxşı bacardıqları şeylərdən biri pul qazanmadır. Onlar bunu hansı sahədə və necə etmək lazım olduğunu bilirlər. Lakin onların mənfi cəhəti pulu əldə saxlamaqda çətinlik çəkmələridir
Balıqlar uzun müddət maliyyə çətinliyi çəksələr də, sonda bataqlıqdan çıxmağı bacarırlar. Pul qazanmaq onlar üçün asandır, yetər ki, emosialarını idarə edə biləcəkləri situasiyada olsunlar.
Şir bürcləri pul qazanmaqda bir o qədər bacarıqlı olmasalar da, çalışqan olurlar. Pul qazanmağı əsas hədəf halına gətirdikləri üçün bütün motivasiyalarını buna yönəldirlər. Odur ki, onların da zəngin həyat yaşamaq ehtimalı həmişə yüksəkdir.
Seyranə Quliyeva / Metbuat.az