28 Mart 2024 14:31
Kreml Rusiya Prezidenti Vladimir Putinin terror hadisəsindən sonra "Crocus"a getməməsinə aydınlıq gətirib.
Metbuat.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı danışan Kremlin sözcüsü Dmitri Peskov qeyd edib:
"Hadisənin ilk dəqiqələrində insanların xilas edilməsi və yardımların göstərilməsi üçün tədbirlər görülürdü. Putin bu prosesə mane olmamaq üçün ora getmədi".
Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib. Rusiya lideri sonrakı günlər hadisə yerinə getməyib.