METBUAT.AZ

Dünya

Putin satqınların cəzalandırılması ilə bağlı göstəriş verdi

20 Mart 2024 03:45

Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə satqınları üzə çıxarmaqla bağlı tapşırıq verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkə lideri satqınların adbaad müəyyənləşdirilməsi və cəzalandırılmaları ilə bağlı tapşırıq verib.

V.Putin, həmçinin diversiya və terrorçu qrupların Rusiya ərazisinə soxulmaq cəhdlərinə diqqət çəkib: “Onları müəyyənləşdirmək və harada olmalarından asılı olmayaraq cəzalandırmaq lazımdır”.


metbuat.az.