METBUAT.AZ

Ölkə

"Qadınlar dövlətdən yardım əvəzinə bizneslərini qura bilərlər" -

7 Mart 2024 12:25

“Qadın istəsə, dövlətdən yardım almaq əvəzinə öz biznesini qurub ailəsinə dəstək verə bilər”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O hesab edir ki, qadın sahibkarlığı kiçik biznesdən başlayıb inkişaf etsə daha çox məhsuldar ola bilər.

Əhalinin rifahını gücləndirməkdən ötrü qadınlar arasında kiçik biznesin inkişafına dəstək verməliyik. Bu gün 17 rayonda müxtəlif sahələr üzrə qadınların inkişafına dəstək verilir. Biz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq istəyirik ki, qadınlar iqtisadi cəhətdən güclü olsunlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.