METBUAT.AZ

İdman

“Qarabağ” “Bayer”lə oyundan əvvəl məşqə çıxıb -

13 Mart 2024 23:08

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”in qonağı olacaq “Qarabağ” klubu oyundan əvvəl məşqə çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər “Qarabağ” FK-nın sosial şəbəkə hesabında paylaşılıb.

Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


metbuat.az.