METBUAT.AZ

İdman

“Qarabağ” – “Bayer” oyununun

5 Mart 2024 14:06

Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşmasının hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Benoit Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimləri Benoit Millot və Erik Uattelyedir.

Qeyd edək ki, martın 7-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


metbuat.az.