18 Mart 2024 11:06
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından bildirilib.
Məlumata görə, bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.