METBUAT.AZ

İdman

“Qarabağ” "Zirə"yə qalib gəldi

10 Mart 2024 20:25

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun sonuncu oyununda lider “Qarabağ” “Zirə” ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında “Səbail” “Sumqayıt”a 0:1 hesabıyla uduzub, “Kəpəz” - “Neftçi” matçı heç-heçə (3:3) bitib, “Sabah” “Qəbələ”yə 2:1, “Turan Tovuz” isə “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlib.


metbuat.az.