12 Mart 2024 13:03
"Dövlət başçıların qarşılıqlı səfərləri ölkələr arasında münasibətlərin inkişafına və iqtisadi bağların möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərinin xüsusi əhəmiyyəti olduğunu hesab edirəm. Qazaxıstan bizə dost və qardaş ölkədir. Xalqlarımız oxşar köklər, eyni dil və din birləşdirir. Ölkələrimiz arası münasibətlər eyni ittifaqda yaşadığımız sovetlər dövründə də çox yaxşı inkişaf edib. Amma müstəqilliyimizə qovuşandan sonra ölkələrimiz arası münasibətlər yeni bir müstəvidə ikitərəfli və çoxtərəfli platformalarda formalaşmağa başlayıb".
Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Azərbaycan və Qazaxıstanın həm qonşu olması həm də müasir infrastruktura malik olması qitələri birləşdirən beynəlxalq logistink dəhılizlərinin fəaliyyətinin genişləndirilməsinə imkanlarımızı genişləndirir.
"Qazaxıstan ölkəmizin üzərindən neft-qaz resurslarının dünya bazarlarına ixrac etməsini genişləndirmək niyyətindədir. Ölkələrimiz qədim İpək Yolunun bərpasının iştirakçısıdır. Dünən dövlət başçılarımız Çindən çıxan konteyner qatarının 11 gündən sonra Azərbaycana çatmasını online şəkildə izlədilər. O cümlədən Xəzər dəniznin dibi vasitəsilə Rəqəmsal dəhlizin yaradılması istiqamətində işlər davam etdirılir. Dünən dövlət başçılarımız Ali Dövlət Şurasının i-ci iclasında iştirak etdilər və ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalandı".
Deputat qeyd edib ki, Qazaxıstan dövlət başçısının ölkəmizə səfərinin böyük siyasi əhəmiyyəti var.
"Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birinin mövqelərini dəstəkləyir. O cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməlkdaşlığımızın genişlənməsi bu təşkilatı daha da gücləndirir və dünya çapında təsir gücə malik bir təşkilata çevirir. Həm də Qazaxıstan ərazilərimizin işğaldan azad edilməsinə sevinən qardaş ölkədir. Məhz işğaldan azad olunmuş Füzuli şəhərində inşa edərək keçmiş məcburi köçkünlərə hədiyyə olunmuş Kurmanqazı adına Uşaq Yardıcılıq Mərkəzi xalqlarımızın dostluq simvoluna çevriləcək. Bu gün ölkələrimiz arası münasibətlərin günü-gündən möhkəmlənməsi və genişlənməsi regional təhlükəsizlik məsələrinin də təmininə töhfə verir. Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalnmasını dəstəkləyir. Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın yaranması Qazaxıstanın da maraqlarına uyğun gəlir. Dövlət başçılarımızın qarşıdakı dövürdə də qarşlıqlı səfərləri baş tutacaqdır. Təbii ki, dövlət başçıların hər bir səfdəri ölkələrarası münasibətlərinin inkişafına yeni bir impuls verir".
Seyranə Quliyeva / Metbuat.az