METBUAT.AZ

İdman

"Qırmızı vərəqə səhv qərar idi" - Məşhur səhifə hakimi tənqid etdi /

15 Mart 2024 12:09

Dünyaca məşhur futbol səhifəsi "Troll Football" “Bayer Leverkuzen” klubu barədə paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda hakimlərin “Bayer Leverkuzen”ə dəstək olmasına diqqət çəkilib. "Bayer Leverkuzen"in köməyə ehtiyacı var və o an hakim" - paylaşımda deyilir.

Qeyd edək ki, "Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb.Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bəzi futbol mütəxəssisləri həmin epizodda hakimin səhv qərar verdiyini irəli sürüblər. Hakim qırmızı vərəq göstərən zaman "Qarabağ” 1-0 hesabı ilə irəlidə olsa da, yekunda 2-3 hesabı ilə məğlub olub.


metbuat.az.