27 Mart 2024 11:45
Bakının mərkəzində yeni parkinq qiymətləri insanlar arasında birmənalı qarşılanmayıb. Qiymətlər əksər insanların narazılığına səbəb olub.
Metbuat.az xəbər verir ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. İlk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
Parklanma qiymətləri bu formadadır:
15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat - 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat - 22 manat, 15-20 saat - 26 manat, 20-24 saat - 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Mövzu ilə Metbuat.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, qiymətlərin belə olması, şəhərin mərkəzində, sıxlıq və tıxacın qarşısını almaqdan məqsədilə edilib.
"Bir gün ərzində 30 manata qədər tarif qalxır. Bu o deməkdir ki, ərazidə yaşamayan, maşını qoyub harasa getmək istəyən adamlar qətiyyən həmin ərazidə nəqliyyat vasitəsi saxlamayacaq. Eyni zamanda hava limanında da tətbiq olunan tariflər çox yüksəkdir. Bu əslində dəstəklənməlidir. Çünki, 3-5 günlük hansısa ölkəyə getmək istəyən adamlar nəqliyyat vasitəsini saxlayıb rahat çıxıb gedirdi. Bu da sıxlığa səbəb olurdu. Amma indi qismnəndə olsa bu kimi halların qarşısını almaq nəzərdə tutulub".
Seyranə Quliyeva / Metbuat.az