METBUAT.AZ

Dünya

Qonşu ölkədə 5,6 ballıq zəlzələ oldu

28 Mart 2024 08:46

Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb.


metbuat.az.