METBUAT.AZ

Region

Qonşu ölkədə zəlzələ baş verdi

18 Mart 2024 08:37

İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 1,24 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 216 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.


metbuat.az.