METBUAT.AZ

İdman

Qurban Qurbanov Juninyonun son durumundan danışdı

14 Mart 2024 00:10

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Olavio Juninyonun son durumu haqda danışıb.

Metbuat.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunu öncəsi deyib: "Juninyonun sabah əsas heyətdə olub-olmayacağı hələ bilinmir. Məşqdən sonra qərar veriləcək".

Qeyd edək ki, Juninyo Leverkuzen təmsilçisi ilə ilk görüşdə zədələnmişdi.

Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.


metbuat.az.