METBUAT.AZ

Ölkə

Ramiz Mehdiyevdən səhhəti ilə bağlı

4 Mart 2024 10:06

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

Metbuat.az Unikal-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev yayılan məlumatlar yalan olduğunu bildirib:

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

İsrailə getməmişəm. Məgər, oranı tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.


metbuat.az.