4 Mart 2024 20:44
İspaniya La Liqasının 27-ci turunda “Valensiya" - “Real” matçını idarə edən Xesus Gil Manzanonun müvəqqəti olaraq oyunlardan uzaqlaşdırıldığı barədə iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, buna hakiminin oyunun son dəqiqələrində verdiyi mübahisəli qərar səbəb olub.
Belə ki, “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunmuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.