METBUAT.AZ

Ölkə

Rövnəq Abdullayev AFFA prezidentliyinə yenidən namizəd olacaq?

1 Mart 2024 15:48

AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.

Metbuat.az xəbər verir ki, funksioner qərarını milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasında açıqlayıb.

R.Abdullayev bildirib ki, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacaq.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.


metbuat.az.