METBUAT.AZ

Şou

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı açıqlama

25 Mart 2024 23:43

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib.

Metbuat.az ki, “Caspian music”in yaydığı məlumatda qeyd edilib:

“Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”.

Qeyd edək ki, estrada ulduzunun konserti “Crocus City Hall”da baş verən terrakta görə təxirə düşüb.


metbuat.az.