18 Mart 2024 15:42
Seçkilərdən sonra rublun mülayim zəifləməsi müşahidə edilə bilər.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiya BKF bankının analitik şöbəsinin rəhbəri Maksim Osadçin edib. O qeyd edib ki, qarşıdan gələn güclü şoklar, növbətisanksiya dalğaları yenidən rublu çökdürə bilər.
“Rublun bu cür şoklara qarşı immuniteti Rusiya valyuta bazarının likvidliyinin azalması səbəbindən zəifləyib. Xarici valyuta gəlirlərinin satışı ilə bağlı Rusiya prezidentinin fərmanının uzadılması rublun məzənnəsi üçün neytral olacaq. Bu tədbirin ləğvi rublun zəifləməsinə təkan verəcək. Hesab edirəm ki, rublun məzənnəsi ilə bağlı ən yaxşı proqnozu bazar müəyyən edəcək” .