20 Mart 2024 20:16
Ermənistanın Şirak rayonunda təlimlər zamanı Rusiya Silahlı Qüvvələrinin 22 yaşlı əsgəri Roman Şaternikov ölüb.
Metbuat.az bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları alan əsgər Gümrü Tibb Mərkəzinə aparılıb. Lakin tibb işçiləri onu xilas edə bilməyib.