2 Mart 2024 03:18
Fransa Aerokosmik Qüvvələrinin təyyarələri Latviya sərhədi yaxınlığında Rusiyanın “Su-30” qırıcılarını, həmçinin Litva sərhədi yaxınlığında “İl-20” və “An-72” hərbi təyyarələrini müşayiət edib.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.
“İki ədəd “Mirage 2000-5” qırıcısından istifadə edərək Rusiya təyyarələri tutulub. Məqsəd NATO-nun hava məkanını qorumaqdır”, - məlumatda qeyd edilib.
Hadisə fevralın 29-da baş verib.