METBUAT.AZ

Dünya

Rusiyadakı hücuma görə məsuliyyəti İŞİD üzərinə götürdü

23 Mart 2024 01:45

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə terror təşkilatına yaxınlığı ilə bilinən sosial media hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, hücum zamanı 100-dən çox ölünün, 200-ə qədər yaralının olduğu bildirilir.

Metbuat.az


metbuat.az.