6 Mart 2024 22:24
"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.
Metbuat.az xəbər verir ki, günün ilk oyunu "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.
Bu matç "Sərhədçi" klubunun 92:81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Şəki"dən Hüseyn Əsgərli (20 xal, 5 ribaund), "Sərhədçi"dən Cəbrayıl Əkbərov (20 xal, 16 ribaund) olublar.
Günün ikinci oyununda kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə qarşılaşıb. Oyunu 89:77 hesabı ilə qalib tamamlayan "Sabah" B qrupunda "NTD-İndiqo" ilə xallarının sayını (4) bərabərləşdirib.
Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (25 xal, 8 ribaund), "Gəncə"dən Derek Rouds (21 xal, 2 asist) olublar.