METBUAT.AZ

İdman

“Sabah” “Qəbələ”ni məğlub etdi

9 Mart 2024 22:09

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ikinci oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər. “Bank Respublika Arena”da reallaşan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə David Volkov açıb. Gürcüstanlı hücumçu 41-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Matçın yekun nəticəsini 45+3-cü dəqiqədə Əyyub Allaş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran “Sabah” üçüncü yerə yüksəlib. “Qəbələ”isə 15 xalla sonuncudur.


metbuat.az.