25 Mart 2024 12:55
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan 2 otaqlı köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılan ev əşyaları 15 m² sahədə yanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.