METBUAT.AZ

Sağlamlıq

Sağlam və gözəl dəri üçün hansı qidalardan istifadə etməliyik?

6 Mart 2024 14:50

Pəhrizimizlə yediklərimiz, sağlamlığımız arasında ciddi əlaqə var. Əslində yediklərimizə diqqət yetirməklə ürək xəstəlikləri, yüksək təzyiq kimi bir çox xəstəliklə mübarizə apara bilərik. Eyni qayda dərimiz üçün də keçərlidir. Parlaq, hamar, canlı, təbii görünüşlü dəri üçün müəyyən qidaları müntəzəm olaraq istifadə etməyimiz böyük əhəmiyyət kəsb edir. Xüsusilə günəşin mənfi təsirlərindən qorunmaq və sağlam dəriyə sahib olmaq üçün mütləq bu qidalar pəhriz siyahısına olunmalıdır.

Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:

Dərinizin sağlamlığı üçün balıqdan istifadə etmək məsləhətdir.

Keyfiyyətli zülal qaynağı olmaqla yanaşı, tərkibindəki omeqa 3 yağ turşuları sayəsində sağlam dəri üçün mütəmadi olaraq yeyilməlidir. Balıq məhsulları tərkibindəki protein sayəsində dəriyə elastiklik verən, qırışları azaltmağa kömək edən və günəşin zərərli təsirlərindən qoruyan kollagenin istehsalını dəstəkləyir. Omega 3 tərkibi dərinin qalınlaşması, yumşalması və uzanması üçün çox təsirlidir. Sağlam dəri üçün qril, soba və ya buxar üsulları ilə həftədə 2-3 dəfə mövsümi balıq bişirib yemək faydalıdır.

Pomidor - Güclü antioksidant olan pomidor ürək xəstəlikləri riskini azaldan və xolesterin səviyyəsini tənzimləyən təsirləri ilə yanaşı, dəri sağlamlığı üçün də əvəzolunmaz tərəvəzlərdən biridir. Pomidor tərkibindəki beta karotin sayəsində dərini günəşin mənfi təsirlərindən qoruyur və qırışların yaranmasının qarşısını alır. Səhər, nahar və ya şam yeməyində pomidor salatı və ya qəlyanaltı olaraq pomidor salatı istifadə edə bilərsiniz.

Yumurta- keyfiyyətli protein qaynağı və tərkibindəki biotin sayəsində sağlam dəri üçün istehlak edilməsi lazım olan qidalardan biridir. Saç tökülməsinin qarşısını alan, dırnaqları gücləndirən və sağlam dəri üçün vacib sayılan biotini yumurta yeyərək əldə edə bilərsiniz. Əgər sağlamlıq probleminiz yoxdursa, hər gün 1 yumurta yemək faydalıdır.

Avokado -Yüksək keyfiyyətli yağ tərkibinə malik avokado süfrələrimizdə tez-tez istifadə etdiyimiz qidalardan biridir. Tərkibində A, C, E vitaminləri ilə zəngin və antioksidantlar olduğa görə, dəri sağlamlığı üçün vacib olan avokado dəriyə parlaqlıq verir. Avokado həmçinin günəşin potensial zərərli təsirlərinə qarşı qoruyucu funksiyaya malikdir.

Günəbaxan tumu - Sağlam dərinin saxlanmasında əsas rolu E vitamini mənbəyi olan günəbaxan tumları UV şüalarının dəridə yaratdığı oksidləşdirici zərəri azaltmağa kömək edir və dərinizin daha gənc görünməsinə kömək edir.

Qoz-Şəkərli diabet xəstələri üçün yaddaşı gücləndirən, qan şəkərini tarazlaşdıran və ürəyi qoruyan xüsusiyyətlərə malik qoz tərkibindəki omeqa 3 və omeqa 6 yağ turşuları sayəsində dərinizin elastik quruluşunu qoruyaraq daha sağlam olmasına kömək edir.

Brokoli- Sink, A vitamini və C vitamini kimi dəri sağlamlığı üçün vacib mineralları ehtiva edən brokoli, tərkibindəki lutein sayəsində dərinin qurumasına və qırışmasına səbəb ola biləcək oksidləşdirici zərərin də qarşısını alır.

Kefir- İmmuniteti gücləndirən və bağırsaqları tənzimləyən təsiri ilə seçilən kefir, antioksidant fəaliyyəti sayəsində dərini oksidləşdirici stresə qarşı da qoruyur. Bu o deməkdir ki, hüceyrələrin qocalmasını gecikdirir. Hər gün 1 stəkan kefir qəbul edə bilərsiniz.

Gözəl dəri üçün meyvə və tərəvəz yeməkdə çox vacibdir. Meyvə və tərəvəzlərdən istifadə etməklə dərinizi su, vitaminlər, minerallar və antioksidantlarla təmin etmiş olursunuz.

Əsas qayda bədən funksiyalarının rəvan davam etməsi üçün su içməkdir. Çoxsaylı faydaları olan su dərini təmizləməyə və zəhərli maddələrdən təmizləməyə kömək edir.

Bədənə heç bir faydası olmayan şəkər və şəkərli qidaları mümkün qədər azaldın. Çünki həddindən artıq şəkər qəbulu zülalların strukturunu dəyişir, dərinin möhkəmliyini təmin edən elastin və kollagenin pozulmasına səbəb olur. Bu problem dəridə qırışların artmasına səbəb olur.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.