2 Mart 2024 13:53
Ermənistan parlamentinin keçmiş spikeri Eduard Şarmazanov Moskvanın İrəvan üçün dayanıqlı tərəfdaş olduğunu xatırladıb.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, Şarmazanov özünün Telegram kanalında yazıb ki, o həmişə Ermənistanın KTMT-yə üzv olmasının tərəfdarı olub və tərəfdarı olmağa davam edəcək.
Ermənistanın qərbin fikirləri əsasında hərəkət etməyə çalışdığını qeyd edən Şarmazanov Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyi yüksək qiymətləndirib:
“Bu gün böhranın səbəbi Paşinyan rejimidir. Ermənistanın KTMT-dən çıxmaq çağırışları rədd edilməlidir. Alternativ seçim hansıdır? KTMT-dən çıxıb hara gedəcəksiniz, Türkiyəyə? Rusiya və KTMT-yə alternativ yoxdur”.