13 Mart 2024 12:46
"Sosial verlişlərin bağlanması əslində məqsədə uyğun deyil. Cəmiyyətin müəyyən problemlərinin dilə gətirilməsi, müzakirə olunması üçün bu verlişlər olmalısı vacibdir".
Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, verlişlərin formatı müəyyən dərəcədə dəyişməlidir.
"Efirlərdə ədəbsiz elementlər, hansısa cəmiyyətin mənəvi, psixoloji mühütinə təsir edən nüanslar ortadan qaldırılmalıdır. Daha səviyyəli aparıcılıq funksiyası yerinə yetirilməlidir. Amma bunun tam ortadan qaldırılması yanlışdır. Bu problemin ən yaxşı yolu alternativlərin artırılmasıdır .Problemlərin daha səviyyəli müzakirə olunması, xüsusilə də ziyalıların, alimlərin bu prosesə cəlb olunması vacibdir. Ən yaxşı forma qadağa deyil, alternativ yaratmaqdır. Bu alternativlər çoxaldıqca onda insanların böyük əksəriyyəti daha faydalı istiqamətə yönələcəklər. Bununla da müəyyən sıxıntılar aradan qalxacaq".
Seyranə Quliyeva / Metbuat.az