METBUAT.AZ

Sosial

Taksi qiymətləri artırılacaq -

29 Mart 2024 15:50

"Taksi xidmətləri ilə bağlı verilmiş qərar təbii olaraq gediş haqlarına öz təsirini göstərəcək. Amma verilmiş qərarların daha doğru qərar olub-olmadığını, daha dəqiq bir müddət sonra biləcəyik. Ona görə ki, bir qərarın doğruluğunu onun daha çox nəticələrinin təhlilindən sonra bilə bilərik".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov taksilərlə bağlı verilən yeni qərarlardan danışarkən deyib.

O bildirib ki, yeni qaydaların kifayət qədər müsbət tərəfləridə var.

"Çünki taksi xidməti ucuz olsa da çox keyfiyyətsiz idi. Çox təhlükəli məqamlar var. Əyləc sistemi bərbad olan, işıqlandırma, rol sistemi təhlükə yarada biləcək taksilər kifayət qədərdir. Törədilmiş qəzalarında böyük əksəriyyəti bu taksilər hesabına baş verir".

Ekspert qeyd edib ki, bu qərarlar eyni zamnda, ciddi şəkildə müəyyən təbəqələrdə problem yaradacaq.

"Xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan insanlarda problemlər yaranacaq. Taksilərə görə qoyulmuş yeni tələblər belə taksilərin bahalı olmasını şərtləndirir. Baha başa gələn nəqliyyat ilə isə təbii ki, ucuz xidmət göstərmək mümkün deyil. Ona görə də mütləq şəkildə bu qiymətə təsir göstərəcək. Taksilərlə bağlı qərar verilməli idi. Sadəcə bunu bir qədər yumşaq etmək olardı. Şərtlər daha kəskin qoyulub".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.