METBUAT.AZ

Ölkə

Taleh Yüzbəyov xanımı ilə görüntüləndi -

14 Mart 2024 21:45

İnfluenser Xatirə Yüzbəyova (100beyova) mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə kamera qarşısına keçib.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, əməliyyat prosesindən və atdığı çəkilərdən söz açıb:

“Əməliyyatdan sonra ilk dəfə sizin kameranız qarşısındayam. Özümü həm psixoloji həm də fiziki hazırlamışdım. Araşdırmışdım. Çox yaxşı keçdi. Əməliyyatın 4-cü günü maşın idarə edib, gəzib rəfiqələrimlə görüşürdüm. Artıq 1 ay olacaq ki, əməliyyat olunmuşam. Bu müddətdə 13 kiloqram itirmişəm. Özümü çox yüngül, rahat hiss edirəm. Acmıram, yemək istəmirəm. Yemək mənim prioritetlərim sırasında deyil. Uzun müddətdir araşdırırdım. Taleh deyirdi ki, lazım deyil. Qorxurdu. Amma qorxacaq heç nə yox idi. Çox fikirləşdim, asan addım deyildi. Yeməkdən imtina etmək asan deyil”.




metbuat.az.