METBUAT.AZ

Hadisə

Tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin cinayət işi

7 Mart 2024 14:08

Ötən il noyabr 15-də Füzuli rayon sakini 1988-ci il təvəllüdlü Yeganə Əliyevaya xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Metbuat.az-a Füzuli rayon prokurorluğundan məlumat verilib.

İstintaqla 1988-ci il təvəllüdlü Əlizadə Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yeganə Əliyevanın evinə qanunsuz daxil olmaqla ona yaxın qohumlarının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Əlizadə Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma) və digər maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


metbuat.az.