13 Mart 2024 11:54
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub".
Bununla bağlı Metbuat.az-a TƏBİB-dən məlumat verilib. Məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 4 yaşlı (kişi cinsli) hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Qeyd edək ki, ötən gün - Yel çərşənbəsində iki nəfərin tonqala düşməsi ilə bağlı sosial şəbəkə platformalarında görüntülər yayılmışdı.