METBUAT.AZ

Hadisə

Tovuz rayonunda ğlümlə nəticələnnə yol qəzası baş verib

4 Mart 2024 09:17

Tovuz rayonunda ölümlə nəticələnnə yol qəzası baş verib.

04 mart 2024-cü il tarixdə Tovuz rayonu Düz Cırdaxan kənd sakini Qocayev Firuz Saleh oğlu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Tovuz şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1978-ci il təvəllüdlü, Tovuz rayonu Abulbəyli kənd sakini Abdullayeva Almaz Kamal qızını vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Tovuz rayon polis şöbəsinin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.