METBUAT.AZ

Ölkə

Toydan qayıdarkən qəzada ölən Cavidin görüntüsü -

3 Mart 2024 18:55

Göygöldə bir nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Hərəkətdə olan "BMW X5" ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Hadisədən sonra "BMW X5" yoldan çıxaraq hasara daha sonra isə ağaca çırpılıb.

Qəza zamanı "BMW X5"in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən ölüb.

Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, "VAZ 2106"da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən "BMW X5" toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.