METBUAT.AZ

Siyasət

Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır -

14 Mart 2024 16:27

Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi.

Metbuat.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Türkiyənin tanınmış siyasətçisi Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib.

O bildirib ki, Ankara Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün bütün siyasi iradəsini ortaya qoymuşdu:

"Bu həm də bizim Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdar olduğumuzu təsdiqləyir".


metbuat.az.