METBUAT.AZ

Dünya

Türkiyə ordusu İraqda 12 PKK terrorçusunu məhv edib

23 Mart 2024 23:59

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 12 PKK terrorçusunu məhv ediblər.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular Metina rayonunda "Pençe-Kilit" çərçivəsində zərərsizləşdirilib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni qətiyyətlə davam etdirir.


metbuat.az.