24 Mart 2024 19:58
Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata əsasən, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.
Əməliyyat nəticəsində 173 qanunsuz miqrant saxlanılıb.