14 Mart 2024 09:43
Türkiyənin Hatay vilayətində yenidən zəlzələ olub.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Qeyd olunub ki, vilayətin Samandağ rayonunda baş verən təkanlar Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Seyranə Quliyeva / Metbuat.az